26-cı duel
20.12.2012 - 10:38
Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” 2012-ci ildə son oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq matç rəqiblərin mövsümdə 2-ci, ümumilikdə 26-cı dueli olacaq.
İki ay əvvəlki oyunda lənkəranlılar 2:0 hesabı ilə qalib gəlmişdi. Həmin matçın taleyini Dmitrios Sialmas həll etmişdi. 36-cı və 62-ci dəqiqələrdə fərqlənən yunanıstanlı hücumçunun dublu “Xəzər Lənkəran”a 3 xal qazandırmışdı.
Əvvəlki 25 oyundan 23-ü çempionat, 2-si kubok çərçivəsində olub. Cəmi 4 dəfə heç-heçə edən komandaların duellərində üstünlük cənubluların tərəfindədir. Belə ki, “Xəzər Lənkəran” 11, “Qarabağ” 10 dəfə qalib gəlib. Lənkəranlılar top fərqində də üstünlüyə malikdir – 31:23.
İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
“Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 31 qola 19 futbolçu imza atıb: Samir Əliyev – 4, Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N Tiamoa, Dmitrios Sialmas – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol.
“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları

2004/05 | 13.12.2004 | çempionat | s | 1:3 |
2004/05 | 15.05.2005 | çempionat | e | 3:0 |
2005/06 | 02.10.2005 | çempionat | s | 1:2 |
2005/06 | 01.04.2006 | çempionat | e | 2:0 |
2006/07 | 09.11.2006 | çempionat | e | 2:0 |
2006/07 | 07.05.2007 | çempionat | s | 4:1 |
2007/08 | 26.08.2007 | çempionat | e | 2:0 |
2007/08 | 02.03.2008 | çempionat | s | 0:2 |
2008/09 | 22.11.2008 | çempionat | e | 1:3 |
2008/09 | 09.05.2009 | çempionat | s | 0:1 |
2009/10 | 30.10.2009 | çempionat | s | 0:1 |
2009/10 | 13.02.2010 | çempionat | e | 0:0 |
2009/10 | 06.03.2010 | kubok | s | 1:2 |
2009/10 | 17.03.2010 | kubok | e | 1:0 |
2009/10 | 03.04.2010 | çempionat | e | 2:1 |
2009/10 | 09.05.2010 | çempionat | s | 1:2 |
2010/11 | 30.10.2010 | çempionat | s | 1:0 |
2010/11 | 23.12.2010 | çempionat | e | 1:2 |
2010/11 | 10.04.2011 | çempionat | s | 0:0 |
2010/11 | 07.05.2011 | çempionat | e | 1:1 |
2011/12 | 17.09.2011 | çempionat | s | 1:0 |
2011/12 | 10.12.2011 | çempionat | e | 0:0 |
2011/12 | 11.03.2012 | çempionat | s | 0:1 |
2011/12 | 11.05.2012 | çempionat | e | 4:1 |
2011/12 | 27.10.2012 | çempionat | e | 2:0 |
0
0