Nizami Hacıyev: Polşada yalnız məni bəyəniblər - MÜSAHİBƏ
20.12.2012 - 14:26
“İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin apasport.az saytına müsahibəsi
- Deyilənə görə, “Poqon”la maliyyə məsələsində razılığa gələ bilməmisiz. Bu nə dərəcədə doğrudur?
- Yalan söhbətdir. “Poqon”la razılığa gəlmişik. Sadəcə, müqavilənin bəzi şərtlərini dəqiqləşdirmək qalıb. Bu məsələ də həll olunduqdan sonra bu klubla müqavilə bağlayacam.
- Belə demək olarmı ki, siz Polşa klubu ilə anlaşmısız, sadəcə, “İnter”lə “Poqon”un da qarşılıqlı razılığa gəlməsi lazımdır...
- Bəli. Belə demək olar.
- Şərtləri dəqiqləşdirmək deyəndə, yəqin ki, hər iki klubun maddi məsələlərdə ortaq məxrəcə gəlməsi qalıb.
- Hə, elədir. Bu, yuxarı səviyyədə aparılan danışıqlardır. Mən futbolçuyam, keçidimə razılıq vermişəm.
- “İnter”in prezidenti Georgi Nikolov müsahibəsində demişdi ki, sizin transfer qiymətiniz 100-150 min avrodur. Bu haqda klub prezidenti sizə bir söz deməyib?
- Yox, heç bunu öyrənməyə də çalışmamışam. Çünki bu mənim işim deyil. Bu məsələlərlə menecerlər məşğul olur.
- Deyirsiz ki, “Poqon”la hərtərəfli razılaşmısız. Orda sizə ev tutulacaqmı, yoxsa bazada qalacaqsız?
- Bunların hamısı müqavilənin şərtlərinin içindədir. Ev, maaş, “premya” və s. hamısı müqavilənin daxilində gedir.
- “Poqon”un düşərgəsinə sizi aparan FİFA meneceridir?
- Hə, özü də Polşadandır.
- İngilis dilini bilirsiz?
- Belə də. Azdan-çoxdan bilirəm.
- Dil bilməyən biri kimi özünüzü orda narahat hiss etmədiz ki?
- Əlbəttə, özümü narahat hiss edirdim.
- Nə əcəb “İnter”dən heç bir nümayəndə sizinlə birgə ora yollanmamışdı?
- Nə bilim vallah. Belə məsləhət görüldü.
- Nə vaxt “Poqon”dan xəbər gəlməlidir?
- İnşallah, yanvarın 10-una kimi buna aydınlıq gələcək.
- “Poqon”un düşərgəsindən məlumatları saytlar vasitəsilə izləyirsizmi? Keçəcəyin komanda da “İnter” kimi Antalyada hazırlıq keçəcək...
- Mənim mövqeyimdə olan oyunçulara baxmışam. Həmin futbolçularla orda da ünsiyyətdə olmuşam. İnşallah, orda oynaya bilərəm.
- Sizinlə birgə yoxlama oyununda sınanılanlardan başqa kimisə bəyəndilər?
- Yox. Hamısı ölkələrinə geri göndərildi. Yalnız məni bəyəniblər.
Səbuhi TOFİQOĞLU

0
0