Azərbaycan yığmasının tarixində 12-ci nəticə – QRAFİK
20.12.2012 - 14:33
Azərbaycan yığmasının tarixində 12-ci nəticə – QRAFİK
Azərbaycan millisi 2012-ci ili FİFA reytinqində 118-ci pillədə başa burdu. Apasport.az saytının məlumatına görə, yığmamız bununla da ardıcıl 2-ci il siyahıda gerilədi.

2010-cu ili ilk “yüzlük”də tamamlayan komandamız 2 ildə 98-ci pillədən 20 addım geri düşüb. Millimizin indiki mövqeyi FİFA reytinqinin 19 illik tarixində 12-ci nəticəsidir.

Tarixində ən yaxşı halda ili 97-ci pillədə başa vuran komandamızın ən pis nəticəsi 147-ci yerdir. 19 il ərzində 50 pillə (97-147) aralığında var-gəl edən millimiz 4 ildən sonra belə aşağı mövqeyə düşüb.

il
yer
1994
147
1995
141
1996
125
1997
123
1998
99
1999
97
2000
115
2001
113
2002
113
2003
119
2004
113
2005
114
2006
125
2007
115
2008
134
2009
114
2010
98
2011
112
2012
118