AZAL 4 yoxlama oyunu keçirəcək
20.12.2012 - 14:41
İlk “altılığ”a düşməyə can atan AZAL-ın qış fasiləsindəki hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı klubunun bütün oyunçuları dekabrın 22-də “Neftçi” ilə oyundan sonra istirahətə çəkiləcək.
Komanda bir də gələn il bir araya gələcək. Yanvarın 7-8-də düşərgəyə qoşulan futbolçular paytaxtda tibbi müayinədən keçəcək. Həmin ayın 10-11-də legionerlər də komandaya qoşulacaq.
“Təyyarəçilər” təlim-məşq toplanışının ikinci mərhələsini isə ölkə xaricində keçirəcək. AZAL əksər klublarımızdan geri qalmayaraq Antalyaya üz tutacaq. Vaqif Sadıqovun yetirmələrinin yanvarın 15-dən fevralın 2-dək Türkiyədə hazırlıq keçməsi nəzərdə tutulub. “Bəyaz-mavilər” orda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

0
0