Mircavadov qiyamət günündən danışdı
20.12.2012 - 16:20
Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Artıq xeyli vaxtdır bütün dünya 21 dekabr tarixini - qiyamət gününü müzakirə edir. Yəni, sabah dünyanın dağılacağı bildirilir. Dinə bağlı insan kimi, bununla əlaqədar fikirlərinizi bilmək maraqlı olardı.
- Yalan söhbətdir. Qurani Kərimdə qiyamət gününün nə vaxt baş verəcəyi ilə bağlı əlamətlər var. İnşallah, bizim 12-ci imamımız gələcək, onun hökmranlığı olacaq. Bunlar günlə yox, illərlə davam edəcək. Əlamətlər bunlardır. Sabah qiyamət gününün olacağı ilə bağlı deyilənlər isə boş-boş söhbətlərdir. Bilirsiniz, məni nə maraqlandırdı?
- Nə?
- 2000-ci ilin noyabrında Bakıda zəlzələ oldu. Təki, bir də elə zəlzələ olmasın, amma bilirsiniz, o zaman insanlar bayırda necə mehriban idilər. Hamı çöldə Allaha yalvarırdı. Həmin o münasibəti, istiliyi görmək istəyirəm. Arzu edirəm ki, Azərbaycan xalqı həmişə belə olsun, bir-birlərinin qayğısına qalsınlar, hörmət etsinlər, ağılla davransınlar. Düzdü, kimsə dekabrın 21-də dünyanın dağılacağını deyib. Hətta eşitdiyimə görə bəzi insanlar şam, konserv alırlar. Vallah bunlar boş söz-söhbətdən başqa bir şey deyil.
- Sizcə, bu məsələ məqsədli şəkildə yayılıb?
- Quranda nə yazılıbsa, o da olacaq. 12-ci imamızın gəlişi ilə müsəlmançılıq daha da inkişaf edəcək.
- Məsələ ondadır ki, insanların böyük əksəriyyəti narahatçılıq içindədir...
- Bəli. Yenə adamda şübhə qalır. Ancaq adamın gərək dərrakəsi olar. Allaha şükür, hamımız ağıl sahibiyik. Hər şeyi görürük və qiyamət gününün qayda-qanunu var. Ola bilər ki, yağış, qar olsun. Qardaş, bu, məlum şeydir. Qışda qar, yağış, külək olar da.
- Bayaq konserv və şamın alış-satışının çoxaldığını dediniz. Deyilənə görə, Azərbaycanda şam qalmayıb...
- Ola bilər. Bununla maraqlanmamışam, heç maraqlanmaq fikrim də yoxdur. Sizə bir söz deyim: yaşadığım 16 mərtəbəli binada qaz yoxdur. Bizdə işıq olmayanda, həyat da olmur. Nə su gəlir, nə də lift işləyir. Bu səbəbdən bizə şam lazımdır.
- Yəni, siz şamdan ancaq binada işıq olmadığı üçün istifadə edirsiz...
- Ay sağ ol. Heç indi evdə şamın olub-olmadığını bilmirəm. 21 dekabr qiyaməti ilə bağlı deyilənlər mənə çox qəribə gəlir. Ola bilsin sabah yağış, qar yağsın. Ay balam, qışdır da.
- Maraqlıdır ki, dünyanın sonunu əsas gətirən maya təqviminə əsasən 2 məkanın salamat qalacağı deyilir. Bunlar İzmirdə Şirincə kəndi və Fransanın Andorra ilə sərhədində bir məkandır...
- Bunu bilmirəm və bu şeylərə inanmıram. Nə mən, nə də mənim ailəm.
- Yəni tam sakitsiniz və əminsiniz ki, sabah dünya dağılmayacaq...
- Bəli, tam sakitəm.
- Maraqlıdır, sabah nə etmək fikrindəsiniz?
- Sabah Allahın köməyi ilə oğlanlarım işlərinə gedəcəklər. Mən də ayrı işlər məşğul olacağam. Evimizin qabağında park var, orda “yolka” qururlar. Nəvələrimi ora çıxardacağıq, qoy gəzsinlər.
- Azərbaycan xalqına, idman ictimaiyyətinə son müraciətiniz nə olardı?
- İnşallah, hər şey yaxşı olar. Allaha inansınlar. 2012-ci il bizim üçün yaxşı oldu. Ölkəmizin uğurları var. Olimpiadada idmançılarımız yaxşı çıxış etdi, qızıl medallarımız oldu. Bu, çox gözəl haldır və dövlət qayğısının sayəsində reallaşdı. İnşallah, bu qayğı sayəsində futbolumuz daha da inkişaf edər. Məsələn, “Neftçi” bu il avrokuboklarda qrupa düşməklə çox böyük uğura imza atdı. Onları yenə təbrik edirəm. İstəyirəm ki, futbolumuz tez inkişaf etsin və Avropada öz sözünü desin. Bu, həm klublarımız, həm də yığmalarımıza aiddir. Biz həmişə oynayanda, azarkeşləri düşünmüşük və düşünməliyik də. Azərbaycan xalqına yeni ildə bol ruzi, can sağlığı arzu edirəm.
Mehman SÜLEYMANOV

0
0