“Turan” üçün xüsusi tapşırıqlar
20.12.2012 - 16:29
“Turan” üçün xüsusi tapşırıqlar
“Meydançanın vəziyyəti oyuna öz təsirini göstərdi. Belə hava şəraitində mübarizə aparmaq çox ağır idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

O, Topaz Premyer Liqasının XVIII turunda bu gün səfərdə “Turan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.

Məmmədovun sözlərinə görə, qolları sonda vurduqları matçda həm rəqibin oyunun, həm də hava şəraiti öz təsirini göstərib: “Bu gün çətin hava şəraiti ilə üzləşdik. Ona görə texnikalı oynamaq çətin idi. Əslində, biz üzləşəcəyimiz çətinlikləri bilirdik və buna uyğun komandaya tapşırıqlar vermişdim. Futbolçularımız bunun öhdəsindən demək olar yüz faiz gəldilər. Bunun da sayəsində istədiyimiz nəticə qazandıq”.