Əfqan Talıbov səhlənkarlıqdan gileyləndi
20.12.2012 - 17:08
“Qəbələ” ilə oyun ağır alındı. Bunda meydançanın durumunun da rolu oldu. Belə meydanda oynamaqda futbolçular da çətinlik çəkdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.
O, Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” ilə oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb.
Talıbov bildirib ki. 0:2 hesablı məğlubiyyətdə itkilərin də rolu olub: “Əsas heyətin 3 futbolçusu bu matçda komandaya kömək edə bilmədi. Buna baxmayaraq, komanda pis oynamadı. İlk yarıda xeyli sayda qol imkanlarımız da var idi ki, onlardan yararlana bilmədik. Fasilədən sonra komanda bir az zəif oynadı. Müdafiəçilərə diqqətli olmağı tapşırmışdım. Amma onlar səhlənkarlıq edib penalti “qazandılar”.

0
0