Karles Bakes üzr istədi: Matçın nəticəsi ədalətlidi
20.12.2012 - 18:16
Karles Bakes üzr istədi: Matçın nəticəsi ədalətlidi
“Oyunun nəticəsini ədalətli saymaq olar. “Qarabağ” bizdən yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın ispaniyalı baş məşqçisi Karles Martorell deyib.

O, Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”a səfərdə 0:1 hesabı ilə uduzduqları oyunda heyətdəki problemlərin olduğunu bildirib: “Bu gün demək olar hücumçusuz oynadıq. Ancaq bunu bəhanə etmirəm. Bu, “Xəzər Lənkəran” kimi komandaya bəhanə olmamalıdır. Komanda sona kimi vuruşmalıdır. Ancaq təəssüf ki, bu gün layiqli, bizdən gözlənilən oyunu göstərmədik. Azarkeşlərdən üzr istəyirəm.

Bir az da bəxtimiz gətirmədi. İki dəfə top qapı dirəyinə dəydi. Birində Manuel Skarlatake, digərində Adrian Pitin zərbəsi qapıdan keçmədi. Ancaq bununla “Qarabağ”ın qələbəsinə kölgə salmıram”.