“Bilirdik ki, matçın taleyini 1 qol da həll edə bilər ”
20.12.2012 - 18:55
“Bilirdik ki, matçın taleyini 1 qol da həll edə bilər ”
“Hər 2 komanda ilk dəqiqələrdən qələbə üçün mübarizə aparırdı. Futbolçular ilk dəqiqələrdən döyüşürdülər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

40 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XVIII turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb: “Hər 2 komandada motivasiya yüksək səviyyədə idi. “Xəzər Lənkəran” ötən tur “Neftçi”ni məğlub etmişdi. Əvvəlcədən bilirdik ki, matçın taleyini 1 qol da həll edə bilər. Futbolçularımdan razıyam. İlin son oyunu öncəsi hər 2 komandanın oyunçuları qış tətilinə hazırlaşsa da, bu matça tam köklənmişdi və sonadək mübarizə apardılar”.