“Rəqib çox güclü idi”
20.12.2012 - 18:57
“Rəqib çox güclü idi”
“Oyun maraqlı alındı. Son dəqiqələrdə qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç deyib.

Bosniya və herseqovinalı mütəxəssis “Simurq”la Topaz Premyer Liqasının XVIII turunun matçı (0:1) haqda fikirlərini açıqlayıb: “Qol imkanları yaratsaq da onlardan yararlana bilmədik. Rəqib çox güclü idi. Biz isə bir neçə gənc futbolçuya şans vermişdik”.