“Simurq”un qələbəsinin sirri
20.12.2012 - 19:00
“Simurq”un qələbəsinin sirri
“Oyunun maraqlı və gərgin keçməsi ilə bağlı həmkarımın dedikləri ilə razıyam. Qarşılaşma həqiqətən də azarkeşlərin zövqünü oxşadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XVIII turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayaraq 1:0 hesablı qələbənin sirrini bildirib: “Qələbə qolunu da yalnız matçın sonlarında vura bildik. “Rəvan”ı çox yaxşı təhlil etmişdik. Qələbəmizdə bunun da rolu böyük oldu”.