Mahmud Qurbanov: Qırmızı vərəqəsiz keçinmək olardı
20.12.2012 - 19:06
“Biz “Sumqayıt”dan son 5 dəqiqəni çıxmaq şərti ilə yaxşı oynadıq. Oyunda topa daha çox buz nəzarət etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Mahmud Qurbanov deyib. Onun sözlərinə görə, bu gün Topaz Premyer Liqasında “Sumqayıt2a səfərdə 1:2 hesabı ilə uduzduqları matçda göstərdikləri oyunla qələbəyə layiq olublar: “Hələ ilk hissədə 3 qol imkanımız oldu. Fasilədən az sonra hesabı aça bildik. Ancaq bundan sonra aldığımız qırmızı vərəqə oyunumuza öz mənfi təsirini göstərdi. Futbolçularımız son dəqiqələrdə konsentrasiyanı itirdilər və nəticədə 2 top buraxaraq uduzduq. Bunların birində künc zərbəsi təyin olundu ki, bu da qapımıza qolla nəticələndi”.
Qurbanov həmin epizodda künc zərbəsi təyin olunmağına şübhə edir: “Hakim futbolçumuza 2 sarı vərəqəyə görə meydandan çıxardı. Birinci sarı vərəqə rəqibə ilk toxunuşundaca oldu. Məncə, qırmızı vərəqəsiz də keçinmək olardı. Ancaq hakimdir, qərarını verdi. Komandamız sonuncu pillədədir, çox pis vəziyyətdəyik. Hələ ki gələcək taleyimiz qaranlıq qalır. Rəhbərliklə görüşəcəyəm. 7-10 günə məsələlərə aydınlıq gələr”.
Mehman SÜLEYMANOV

0
0