“Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara məşqçi gözü ilə baxıram”
21.12.2012 - 00:01
“Mən “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlara azarkeş kimi yox, məşqçi gözü ilə baxıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Məşqçilik karyerasında “Neftçi” və “Xəzər Lənkəran”ı çalışdıran 65 yaşlı mütəxəssis bu komandaların hər ikisi ilə böyük uğurlar əldə edib. Belə ki, Mircavadov prinsipial rəqiblərə Azərbaycan çempionluğu və “Birlik kuboku”nu qazandırıb.
Mütəxəssis “Neftçi” ilə “Xəzər Lənkəran”ın hər ikisini özü üçün doğma sayaraq, onları bir-birindən ayırmır: “Mənim futbolçu karyeram “Neftçi”yə bağlı olub. Sonradan həm SSRİ, həm də müstəqillik dövründə onu çalışdırmışam. Bundan sonra 2 müxtəlif vaxtda Lənkəranda işləmişəm. “Neftçi” ilə “Xəzər Lənkəran”da uğurlarım da, uğursuzluqlarım da. Onların öz aralarındakı oyunu hamı kimi, mənim üçün də maraqlıdır. Həmin matçlarda yaxşı, baxımlı oyun gözləyirəm və bunu izləmək istərdim”.
Qeyd edək ki, Mircavadov 2010-cu ilin yayında cənub klubundan gedişindən sonra işsizdir.
Mehman SÜLEYMANOV

0
0