Huntelar “Şalke”də qaldı
20.12.2012 - 23:27
Huntelar “Şalke”də qaldı
Hollandiya milli komandasının hücumçu Klaas Yan Huntelar “Şalke” ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, “Arsenal” və “Mançester Yunayted” kimi məşhur komandaların da hədəfində olan 29 yaşlı futbolçu 2015-2016 mövsümünün sonuna qədər Almaniya klubunda qalacaq.

Qeyd edək ki, Klaas Yan Huntelar ötən mövsüm Bundesliqanın bombardiri olub. O, meydana çıxdığı 40 oyunda rəqib qapılarına 39 qol vurub.