“O, çox güclüdür”
21.12.2012 - 00:35
“O, çox güclüdür”
“Əsas önəmli olan bu müddət ərzində Tito Vilanova tez sağalıb ayağa qalxmalıdır. O, çox güclüdür. Tito nə qədər güclü olduğunu indi göstərdi və yenidən özünü bizimlə birgə olacağına inandırdı. O, bizlərin üzünə baxarkən, onun nə qədər güclü olduğunu gördük. Vilanova yalnız həyat yoldaşı və uşaqları üçün narahatdır. Sağaldıqdan sonra Tito yenidən komandanın başına keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın prezidenti Sandro Rosell deyib.

O, bunları Tito Vilanovanın dünən səhər əməliyyat olunmasından sonra klubun direktoru ilə birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, ötən gün Tito Vilanovanın səhhəti birdən-birə pisləşərək xəstəxanaya yerləşdirilmişdir.O, ötən ilin noyabrında qulaq nahiyəsində şişin aradan qaldırılmağı ilə bağlı əməliyyat keçirib. Lakin Vilyanovada bundan 1 il sonra yenidən şiş aşkarlanıb.