"Antalyaspor" səfərdə, “Trabzonspor" evdə qazandı
21.12.2012 - 01:17
Türkiyə kubokunun B qrupu çərçivəsində birinci turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Superliqada yaxşı günlərini keçirən "Antalyaspor" səfərdə "Mersin İdmanyurdu" ilə qarşılaşıb. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən qonaqlar fasiləyə qədər rəqibi 3 dəfə mərkəzdən başlamağa məcbur edib. İkinci yarıda da 2 qol vuran antalyalılar hesabı biabırçı həddə çatdırıb – 0:5.
Bununla da qrup oyunlarına qələbə ilə start verən "Antalyaspor" 3 xalını darmadağınla əldə edib.
“Trabzonspor" isə doğma meydanda “Əskişəhərspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Şenol Günəşin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə kuboku
A qrupu
19 dekabr
"Bursaspor" - "Trabzonspor 1461" - 2:0
Pinto, 45, N Diaye, 49
”Fənərbaxça” – “Sivasspor” - 2:0
Kristian, 66, 84
20 dekabr
B qrupu
"Mersin İdmanyurdu" - "Antalyaspor" 0:5
Diarra, 9; 61, Teber, 27, Aissati, 55-pen, Ziziç, 80
"Trabzonspor" - "Əskişəhərspor" 2:0
Altıntop, 9, Mierzejevski, 14

0
0