Paytaxt klublarının 27-ci dueli
21.12.2012 - 01:33
“Bakı” Topaz Premyer Liqasının XVIII turunda səfərdə "İnter"in qonağı olacaq. Apasport.az saytının məlumatına görə, bu oyun cari ilin təqvimində "zolaqlıların"nın keçirəcəyi son qarşılaşmadır.
Rəqiblərin bü günədək keçirdiyi oyunların tarixinə nəzər salsaq, "Bakı"nın üstünlüyünü müşahidə etmək olar.
2004-cü ildən ölkə çempionatına qatılan komandalar cəmi 26 dəfə üz-üzə gəliblər. 11 dəfə "Bakı", 8 dəfə "İnter" qalib gəlib. 7 oyun bərabərliklə başa çatıb. Vurulan və buraxılan qolların nisbəti “Bakı”nın xeyrinədir - 22:13.
"Bakı" rəqibinə 5 dəfə evdə, 6 dəfə isə səfərdə qalib gəlib. Oyunların 3-ü kubok uğrunda yarışlara təsadüf edib. Kubok oyunlarında “Bakı” 2 dəfə rəqibini üstələyib və 1 dəfə də məğlub olub.
Bu qarşılaşmalardan biri Azərbaycan kubokunun finalına təsadüf edib. “Bakı” 2004/2005 mövsümündə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan finalında 2:1 hesabı ilə qalib gəlib. Həmin oyunda nominal ev sahibi kimi "İnter" çıxış edib.
Ölkə çempionatlarına gəldikdə isə, komandaların ilk derbisi 13 dekabr 2004-cü il tarixində baş tutub və oyun qolsuz bərabərliklə nəticələnib. 12 matçın taleyini 1 qol həll edib. 5 dəfə "Bakı", 7 dəfə isə "İnter" 1:0 hesabı ilə qalib gəlib.
2011-ci ilin avqust ayında oynanılan qarşılaşmada meydanı tərk edən "İnter"ə 0:3 heablı texniki məğlubiyyət verilib.
Komandaların bu günədək qeydə alınan ən məhsuldar oyununda 4 qol vurulub. "Bakı" 2009/2010 mövsümünün yarımfinalında səfərdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Komandalar 2012/2013-cü illər Azərbaycan Kubokunun 1/4 final mərhələsində də qarşı-qarşıya gələcəklər. Bu qarşılaşmalar 27 fevral və 7 mart 2012-ci il tarixlərində keçiriləcək.
Mənbə: fcbaku.com

0
0