Rummenige "Bakı"nı təbrik etdi
21.12.2012 - 01:58
Rummenige "Bakı"nı təbrik etdi
Münhen "Bavariya"sının və Avropa Klublar Birliyinin prezidenti Karl Haynts Rummenige "Bakı" futbol klubunu qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib.

Rummenigenin paytaxt klubunun elektron poçtuna ünvanladığı məktubda deyilir:

"2012-ci ildə Avropa Klublar Birliyinin inkişafında göstərdiyiniz xidmətlərə görə təşəkkürümü bildirirəm. Yola saldığımız 2012-ci il çox maraqlı, dinamik və inteqrasiya baxımından önəmli bir il kimi tarixi qovuşur.

Klubunuzun futbolun inkişafı naminə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirərək, gələn ildə də bu uğurların davam etməsini diləyirəm.

2013-cü ildə klubunuza bütün sahələrdə yüksəliş arzulayıram".

Hörmətlə,

Karl Haynts Rummenige



Mənbə: fcbaku.com