Meyreleşə 12 oyunluq cəza
21.12.2012 - 02:58
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nın futbolçusuna cəza verib. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində “Çelsi”dən İstanbul klubuna keçən portuqaliyalı yarımmüdafiəçi Raul Meyreleş 12 oyun komandasına kömək edə bilməyəcək.
Buna səbəb Superliqanın 16-cı turunda “Qalatasaray”la qarşılaşmada hakimə tüpürərək, daha sonra ona qarşı əli ilə təhqiredici ifadə işlətməsidir.
Qeyd edək ki, “Qalatasaray” - “Fənərbaxça” derbisində meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdir.

0
0