Abidal Kataloniya klubunda məşqlərə başladı
21.12.2012 - 03:24
Abidal Kataloniya klubunda məşqlərə başladı
“Barselona”nın müdafiəçisi Erik Abidal yenidən komandasında məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin aprelində qara ciyəri dəyişdirildikdən sonra futboldan uzaq qalan fransalı oyunçu, 9 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb.

Bu barədə Abidalın özü "Facebook" sosial şəbəkəsində açıqlama verib.

Qeyd edək ki, Erik Abidal 2007-ci ildən “Barselona”nın heyətində çıxış edir. O, meydana çıxdığı 120 oyunda 3 qola imza atıb. 2004-cü ildən isə müdafiəçi Fransa milli komandasının şərəfini qoruyur.