Maradona İraq yığmasının yeni baş məşqçisi oldu
21.12.2012 - 09:24
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona yenidən Asiyada işləyəcək. Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərində Dubay klubunu çalışdırandan sonra İraq yığmasının baş məşqçisi olacaq. Onun təyinatı bu gün açıqlanacaq.
Maradonanın nümayəndəsi Ernan Tofoni iraqlılardan təklif aldıqlarını bildirib: “Biz Dieqo ilə əlaqə saxlayaraq, onun razılığını aldıq. Cümə günü İraq Futbol Federasiyası sözləşmənin maliyyə tərəfini dəstəkləyəcək və müqavilə rəsmən imzalanacaq”.
Qeyd edək ki, İraq yığmasının son baş məşqçisi digər əfsanəvi futbolçu - braziliyalı Ziko olub.

0
0