Ufuk Budak “Əskişəhərspor”dan getməyəcək
21.12.2012 - 11:39
Ufuk Budak “Əskişəhərspor”dan getməyəcək
“Məşqçilər heyətinin təqdimatına uyğun olaraq transfer çalışmamız olacaq. Ehtiyac olan mövqelərə büdcəmizi ziyana zalmayan gənc və istedadlı 2 futbolçu transfer etmək istəyirik. Bu futbolçuların kim olduqları və harda oynadıqları bəllidir. 2 futbolçunun ən az 20 maçı heyətimiz tərəfindən izlənib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Əskişəhərspor”un mətbuat xidmətinin rəhbəri Ərdal Şahbaz deyib.

Klub rəsmisi Əskişəhərdə keçirdiyi mətbuat konfransında Burhan Eşərin komandadan qovulmadığını bildirib. O həmçinin Burhandan başqa, komandadan ayrılacaq futbolçunun olmadığını açıqlayıb: “Burhan komandadan ayrılmaq istədiyi üçün önu sərbəst buraxdıq. Transfer vərəqi bizdədir və klub axtarmağa başlayıb. Digər yandan çempionatın fasiləsində komandadan heç bir futbolçunun ayrılması söhbət mövzusu deyil”.

Qeyd edək ki, yayda Türkiyə klubuna transfer olunan milli komandamızın futbolçusu Ufuk Budak mövsümün ilk hissəsini zədə səbəbindən boşa verib. Hələ əsas komandada debüt etməyən Budakın da qışda gedəcəyi gözlənilirdi. Ancaq göründüyü kimi, Ufuk azı 6 ay da “Əskişəhərspor”da qalacaq.