“Qəbələ”də 2 futbolçunun müqaviləsi başa çatdı
21.12.2012 - 12:31
“Qəbələ”də 2 futbolçunun müqaviləsi başa çatdı
Son turda “Turan” üzərində qazandığı səfər qələbəsindən (0:2) sonra “Qəbələ”nin bütün legionerləri ölkəsinə qayıdıb. Klubun baş meneceri Zaur Əzizovun apasport.az saytına verdiyi məlumata görə, hələ komandadan kimlərlə yolların ayrılacağı dəqiqləşməyib.

Belə ki, buna rəhbərliklə məşqçilər heyəti arasında keçirilən iclasdan sonra aydınlıq gələcək. Klubla müqaviləsi başa çatan futbolçuların isə ikisi məlumdur. Bunlar hələ Ramiz Məmmədovun “Qəbələ”dəki ilk təyinatından bəri komandada olan qapıçı Elnar Kərimovla dayaq yarımmüdafiəçisi Yaşar Abuzərovdur.

Hər iki futbolçu daha çox ehtiyatda qalsa da, “Qəbələ”yə sadiqliyi ilə seçilir. Bu üzdən onlarla yeni müqavilə bağlanılacaq.