“Adı “Turan”da, ürəyi başqa yerdə olan futbolçu istəmirik” - MÜSAHİBƏ
21.12.2012 - 12:54
“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi
- Artıq komandanız üçün qış fasiləsiz başlayıb. İslahatlara başlamısınız?
- Onu deyə bilərəm ki, komandadan 9 futbolçu gedəcək. Bəzilərinin çıxışı məni qane etmir.
- İmtina edəcəyiniz futbolçular arasında əsas heyət üzvləri də var?
- Bəli. Üçü ehtiyatdan, qalanları isə əsas heyət oyunçularıdır.
- Konkret ad çəkə bilərsiniz?
- İvan Qrabovaç, Antonio Rukavina, Nuqzar Kvirtiya, Aleksandr Kurtskeviç, Marius Kazlauskas, Ruslan Zubkov, Salif Ballo, Fərid Quliyev və Ender Günlü.
- Quliyev, Günlü və Ballo aparıcı futbolçunuz sayılır. Onlarla niyə vidalaşırsınız?
- Onlarla mövsümün sonuna kimi müqaviləmiz var. Sadəcə, başqa klublardan təklif alıblar. Adı “Turan”da, ürəyi başqa yerdə olan futbolçu istəmirik.
- Ballo və Günlü ilə “Dənizlispor” klubunun maraqlandığı deyilirdi...
- Bu barədə nəsə deyə bilmərəm. Sadəcə, müqaviləsi olanların taleyinə aydınlıq gətirməliyik. Bəzilərinə azad agent statusu veriləcək, bəziləri icarəyə göndəriləcək, bəziləri isə müəyyən transfer məbləğinin müqabilində başqa kluba keçəcək.
- Digərlərindən narazılığınız nə ola bağlıdır?
- Zubkov bizdə icarədə idi. Onu müqavilə ilə məxsus olduğu AZAL-ıa göndəririk. Vaxtilə bu komandada oynayan Kazlauskas, Kvirtiyanın oyunu məni razı salmır. Kurtskeviçlə də bu üzdən yollarımızı ayırırıq.
- Bəs əsas heyətdə yer alan Qrabovaçla Rukavinanın gedişi ilə bağlıdır?
- Onlarla bağlı problemlə üzləşmişik. Məşqdə tapşırıqları tam yerinə yetirmirlər. Klubumuzda maddi durum yüksək deyil. Onlar da bu üzdən can yandırmır, tez-tez narazılıq edirlər. Bu da problemə yaradır.
- 9 futbolçunun gedişindən sonra heyətdəki boşluqları necə aradan qaldıracaqsınız?
- Elə buna görə də artıq indidən axtarışa başlayırıq. Biz komandada yerli futbolçuların çox olmağını istəyirik. Legionerlər elədir ki, problem olanda dərhal büruzə verirlər. Ancaq öz futbolçularımız çətinlik olanda da dişlərini qıcayıb, dözür və oynayırlar. İstəyirik ki, gənc komanda yaradaq. Komandamızda təcrübəli futbolçular var. Onlarla bərabər gənc futbolçuların sintezindən bir komanda yaratmağı planlaşdırırıq. Bu komanda öz sürətli oyunu ilə seçilməlidir.
- Komandada legioner olacaq?
- Təbii ki. Amma legioner gəlibsə, əsas heyətdə oynamalıdır. Legionerin ehtiyatda oturmağı düzgün çıxmır. Biz 5 legioner transfer etmək fikrindəyik.
- Qrabobaçla Andrey Popoviçin gedişindən sonra qapıçınız yalnız gənc, təcrübəsiz Natiq Səhrətovdur...
- Bəli. Bizə qapıçı lazımdır. Əslində, bizə legionerlər komandanın onurğa sütununu yaratmaq üçün lazımdır. Yəni qapıdan başlayaraq hər mövqedə mərkəzdə təcrübəli futbolçu olanda, qol-qanadını düzəltmək olar. Bakıya gedirəm və qapıçı məsələsi ilə bağlı orda söhbətim olacaq.
- Yəqin ki, Popoviçlə bağlı AFFA rəhbərliyinin müraciətinin nəzərdə tutursunuz...
- Bəli. O, gənclər yığmamızda oynayıb, artıq milliyə də cəlb olunmurdu. AFFA-nın baş katibi Elxan Məmmədov, yığmanın baş məşqçisi Bernhard Lippertlə görüşüm olacaq. Biz azmış, itmiş futbolçunu qaytarıb, savab qazanmaq istəyirik. Ancaq şərti şumda kəsəcəyik ki, xırmanda yavalaşmayaq. Futbolçu nizam-intizam məsələlərinə riayət etməlidir.
- Qapıçının icarə müqaviləsi ilin sonunda bitdiyindən, “Bakı” ilə məsələni razılaşdırmalısınız...
- Bəli. Paytaxtda olduğum müddətdə heyətlə bağlı məsələlərlə məşğul olacağam. Rəhbərliyimizlə görüşüm olacaq. Dekabrın 24-ü-25-i məsələlərinə aydınlıq gəlməlidir.
Mehman SÜLEYMANOV

0
0