13
21.12.2012 - 13:33
13
“Rəvan”ın sabiq baş məşqçisi Kemal Alispahiç nəhs rəqəmin qurbanı olub. Apasport.az saytını məlumatına görə, istefaya göndərilən Bosniya və herseqovinalı mütəxəssis üçün 13-cü matç uğursuz olub. Nəhs sayda oyundan sonra klub rəhbərliyi onu qovub.

Paytaxt klubunda sentyabrda debüt edən Alispahiç Topaz Premyer Liqasının 12 oyununda hesabına 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət yazıb. Bu matçlarda 10 qol vuran bakılılar 21-ni buraxıb. Daha 1 matç ölkə kubokuna təsadüf edib və Alispahiç 2:1 hesablı qələbəyə sevinib. Lakin kuboku nəzərə almamaqla son 5 oyunda – Premyer Liqada ardıcıl məğlubiyyətlər alınıb.

30.09.2012 “Kəpəz” – 1:2 (e)
04.10.2012 “İnter” – 0:2 (e)
21.10.2012 “Sumqayıt” – 1:0 (s)
28.10.2012 “Neftçi” – 2:0 (e)
31.10.2012 “Turan” – 2:2 (s)
04.11.2012 “Xəzər Lənkəran” – 0:4 (s)
19.11.2012 AZAL – 1:0 (e)
25.11.2012 “Qəbələ” – 1:3 (e)
28.11.2012 “Neftçala” – 2:1 (e) – Azərbaycan kuboku
02.12.2012 “İnter” – 0:2 (s)
10.12.2012 “Neftçi” – 0:2 (s)
16.12.2012 “Sumqayıt” – 2:3 (e)
20.12.2012 “Simurq” – 0:1 (s)