“Sadıq Sadıqova söz vermişik”
21.12.2012 - 14:12
“Sadıq Sadıqova söz vermişik”
“Çempionatın son oyunlarında çıxışımız istədiyimizdən zəif alındı. Bəzi oyunlarda xal itkisi ilə üzləşdik. Bununla belə toparlanıb qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Rəşad Sadiqov deyib.

Komandasının kapitanı AZAL ilə oyun öncəsi klubun rəsmi saytına danışıb: “Biz klub prezidenti Sadıq Sadıqova çempionluq sözü vermişik və mövsümün sonunda sözümüz təsdiqini tapacaq. “Neftçi” həmişə yalnız birincilik uğrunda oynayıb. Ardıcıl üçüncü dəfə qızıl medalları qazanmaqda israrlıyıq. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra azarkeşlər də bizdən yalnız çempionluq gözləyir”.

Qeyd edək ki, “Neftçi” – AZAL matçı sabah keçiriləcək.