Flavinyonun arzusu
21.12.2012 - 14:21
Flavinyonun arzusu
“Çempionluq yarışı uzun marafondur. Buna baxmayaraq, qazanılacaq hər xalın böyük əhəmiyyəti var”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo deyib.

Braziliyalı legioner klubunun rəsmi saytına açıqlamasında bildirib ki, ilin son 2 görüşündə qələbə qazanmağı hədəfləyiblər: “Qış fasiləsinə potensial lider kimi yollana bilərik. Bunun üçün qarşıdakı 2 oyunda qələbə qazanmalıyıq. Mən “Neftçi” ilə 2 il ardıcıl çempionluq sevinci yaşamışam və bunun ardını gətirmək niyyətindəyəm. Komanda rəhbərliyinin göstərdiyi etimadı doğrultmalıyıq”.

Qeyd edək ki, “Neftçi” sabah AZAL-la, dekabrın 25-də isə “İnter”lə oynayacaq.