“İnter” bəyanat yaydı
21.12.2012 - 14:39
“İnter” bəyanat yaydı
Bakının “İnter” klubu adı ətrafında hallanan albaniyalı futbol Fayton Sefa ilə bəyanat verib. Apasport.az saytının məlumatına görə, “bankirlər” belə legionerin keçidinin gündəmdə olmadığını açıqlayıb: “Bəzi elektron informasiya saytlarında belə bir məlumat yer almışdır ki, "İnter" Peşəkar İdman Klubu (PİK) guya albaniyalı futbolçu Fatyon Sefa ilə maraqlanır.
"İnter" PİK-in rəhbərliyi bəyan edir ki, belə bir futbolçu ilə maraqlanmır və komandanın heyətinə cəlb etməyi düşünmür”.

Qeyd edək ki, bu xəbəri yerləşdirən fcinter-az.com saytı Albaniyanın “Besa” klubunda oynayan futbolçunun “bankirlər”in menecerlərinə təklif olunduğunu yazıb.