Təcrübəli bacarmadı, təcrübəsiz bacaracaq?
21.12.2012 - 15:03
Kemal Alispahiç də belə getdi. Səssiz gəldiyi kimi getməsi də səssiz oldu. Onun istefasını şərtləndirən səbəb “Simurq”la oyun deyildi. Onsuz da hamı bilirdi ki, çətin Zaqatala səfərində turnir cədvəlinin liderlərindən olan bir komandanı udmaq “Rəvan”lıq deyil...
Əslində, bosniyalı məşqçinin istefasının əsası bir neçə il əvvəl olduğu kimi Böyükağa Hacıyev tərəfindən qoyulmuşdu. İstefaya təkan verən səbəbkar isə Bernard Raab, daha doğrusu, oyunun uzatma dəqiqələrində “Rəvan”a 1 xalı da çox görən Ceyhun Sultanov olmuşdu.
Hələ “Sumqayıt”la oyundan sonra apasport.az saytının Kemal Alispahiçdən götürdüyü eksklüziv müsahibədə məlum olmuşdu ki, bu məşqçi istənilən halda gedəcək. Bundan sonra həmkarlarımızın götürdüyü qısa açıqlamalarda istər Kemal bəy, istərsə də rəhbərlik bu müsahibəni təkzib etsə də, iş işdən keçmişdi. Alispahiç hər şeyi bizə xırdalığına kimi izah etmişdi.
Bir komandada ki, məşqçi-rəhbərlik arasında narazılıq yaşandısa, o gec-tez ayrılacaq. Bir komandada ki, rəhbərlik məşqçinin qərarı olmadan əsas qapıçısını heyətdən uzaqlaşdırır, deməli, gec-tez bu narazılıq qığılcımları böyük bir vulkana çevriləcək. Heç bir həftə keçməmiş bu vulkanın lavaları görünməyə başladı. Nəticə isə göz qabağındadır. Böyükağa Hacıyev demişkən, Alispahiç Tacikistanı gəzdi, dolaşdı və yenə getdi...
“Simurq”la oyundakı yenilgi, daha dəqiq desək, legioner limitinin pozulması isə rəhbərliyin Alispahiçi göndərməsi üçün yaxşı bəhanəsi oldu. Ramil Əliyevin də təyinatı boşuna deyil. Bəhmən Həsənova görə çox tənqid olunan “Rəvan” rəhbərliyi “tənqid atəşi”ni özündən uzaqlaşdırmaq üçün yaxşı yol seçib. MOİK-in sabiq çalışdırıcısını komandanın başına keçirib.
Noldu, Bəhmən Həsənov komandaya 3-4 dəfə baş məşqçi təyin olunanda Ramil Əliyev məşqçilər heyətində yox idi? Onda niyə “Rəvan”ın “sükan”ı məhz Ramilə etibar edilmirdi? Heç şübhəsiz ki, yenə komandada əsas söz sahibi Bəhmən Həsənov olacaq. Axı o boyda uzunluqda, o boyda gövdədə Alispahiçin sözü komandada keçmirdi, qaldı ki, heç bir təcrübəsi olmayan Ramil Əliyev ola...

0
0