Fatih Terim və “Rəvan”: Eyni yolun yolçuları
21.12.2012 - 15:48
Topaz Premyer Liqasının XVIII turunun “Simurq”la qarşılaşmasında legioner limitini pozan “Rəvan” belə səhvə yol verən nə ilk, nə də sonuncu komandadır. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kemal Alispahiç buraxdığı bu yanlışlıq üzündən az qala dar ağacına çəkilsə də, böyük mütəxəssislər də analoji səhv buraxıblar. İndiyədək dəfələrlə rast gəlinən bu hal bundan sonra da hələ çoxlarının başını ağrıdacaq.
Lakin “Rəvan”a qədər bu xətaya yol verən bəzi adları xatırlatmaq maraqlı olardı. İlk növbədə Azərbaycan çempionatlarında yaşanmış 1 bənzər hadisəni yada salaq. Cəmi 4 ay əvvəl əvəzedicilərin “Bakı” - “Kəpəz” matçında qonaqlar limiti pozduğu üçün qələbədən məhrum olmuşdu. Lakin orada legionerlərlə deyil, gənclərlə bağlı limitə riayət olunmamışdı.
Azərbaycanda legioner limitinin pozulmasına isə indiyədək rast gəlinməyib. Amma bir dəfə... 2006-cı ildə məşhur “MKT-Araz” – “Xəzər Lənkəran” qarşılaşması olub. Həmin vaxt oyun zamanı limitə riayət olunub. O zaman meydana yerli statusu ilə çıxan Yevgeni Şimanla bağlı araşdırmalar isə fərqli nəticə ilə sonuclanıb. Məlum olanda ki, ona yerli statusunu düzgün verməyiblər, onda limitin pozulduğu yada düşüb. O vaxt kubokun hər 2 matçı yenidən keçirilmişdi. Çünki “MKT-Araz”ın baş məşqçisi İqor Nakoneçnı yox, Şimana yerli statusu verənlər yanlışa yol vermişdi. Bir sözlə, həmin vaxt limit pozuntusundan daha çox status səhvi qeydə alınmışdı.
Dünya futbolunda isə “n” qədər belə səhv olub. Cəmi 2 ay əvvəl Ukrayna Premyer Liqasında “Dnepr”lə “Zarya”nın görüşünü yada salaq. Məşhur ispaniyalı mütəxəssis Xuande Ramos çalışdırdığı “Dnepr”də legioner limitinin pozmuşdu. Buna görə Ramosun komandasına texniki məğlubiyyət verildi.
Cəmi 4 ay əvvəl isə Fatih Terim Alispahişçin taleyini yaşadı. Əfsanəvi mütəxəssis “Qalatasaray”ın “Kasımpaşa” ilə qarşılaşmasında meydana artıq legioner buraxdı. Amma bu səhvə görə onun gözünü deşib çıxarmadılar. 3 il əvvəl Rusiyada məşhur “Zenit” qalmaqalı olmuşdu. Həmin vaxt piterlilər “Lokomotiv”lə matçda legioner limitini pozmuşdu. Bu dəfəki səhvi daha bir məşhur Dik Advokaat buraxmışdı.
Amma “Qalatasaray”ın qələbəsi də, “Zenit”in heç-heçəsi də toxunulmaz qlmışdı

0
0