“Xəzər Lənkəran”ın yeni transferi: Pulun bir hissəsini istəmədim
21.12.2012 - 16:42
“Xəzər Lənkəran”ın yeni transferi: Pulun bir hissəsini istəmədim
“Şanlıurfaspor”dan getmək mənim tələbimlə oldu. Uğurlu olmayacağımı düşündüyüm bir klubda daha çox qalmaq istəmədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın yeni transferi Gökhan Güləç deyib.

Lənkəranlıların ilkin razılığını alıb, müqavilə bağlamağa hazırlaşdırdığı 27 yaşlı türkiyəli hücumçu Superliqa təmsilçisi “Kasımpaşa”da aşağı divizion təmsilçisi “Şanlıurfaspor”a keçmişdi.

Gökhan bu klubla tezliklə müqaviləsini pozmasını belə aydınlıq gətirib: “Təbii ki, texniki məsələlərdə də problemlər vardı. Ancaq bir şeyi etiraf etməyə məcburam. Mən Urfaya alışa bilmədim. Rəhbərliyə daha çox getmək istədiyimi söylədim. Onlar da sağ olsunlar, mənə qarşı çıxmadılar və qərarıma hörmət göstərdilər”.

O, rəhbərliklə halallaşaraq getdiyini söyləyib: “Kimdənsə incik deyiləm. Bir çox futbolçu klubdan getdiyi zaman problem yaşayır, ancaq bizdə belə şey olmadı. Orada çox gözəl dostlarım var. Klubdan mənə çatacaq pulun bir hissəsini istəmədim”.