5 il davam edən seriyası
21.12.2012 - 17:05
“Qarabağ” Topaz Premyer Liqasının XVIII turunda “Xəzər-Lənkəran”ı 1:0 məğlub etməklə qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollandı. Apasport.az saytının məlumatına görə, son 4 oyunda 10 xal toplayan “Qarabağ” yüksəlişdə olduğunu göstərdi.
Komanda “Xəzər Lənkəran”ı məğlub etməklə həm əsas rəqibindən aralandı, həm də inanılmaz bir ənənəni davam etdirdi.Artıq 5 ildir ki, “Qarabağ”ı çalışdıran Qurban Qurbanovun komandası elə bir seriya əldə edib ki, həm inanmaq çətindir, həm də bu zənciri çətin ki kimsə yaxın illərdə qıra bilsin.
Beləliklə, düz 5 ildir Qurbanovlu “Qarabağ” qış fasiləsinə qədər qalan son 4 matçda uduzmayıb. Əslində, bir qədər də dəqiqləşdirsək, son 4 ildə bu oyunlar ancaq dekabra təsadüf edib və “Qarabağ” ilin son ayında məğlubiyyət görməyib. 2008-ci ildə ümumiyyətlə qış fasiləsinə dekabra çatmamış çıxıldığından, “Qarabağ” meydana çıxmayıb. Əvəzində noyabrda baş tutan 4 görüşdə “Qarabağ” indiyə kimi davam edən seriyanın əsasını qoyub.
Arxada qalan mövsümdə ən uğurlu il 2010-cu ildə olub. “Qarabağ” həmin ilin sonunda 4 oyunun 4-də də qələbə çalıb. Bu il isə 10 xal 2-ci nəticə qeydə alınıb. Ötən il isə dekabr oyunlarında komanda qapısında qol görməyib.
Ümumi götürdükdə, 5 il müddətində davam edən seriyada 21 oyun baş tutub. 13 oyunda qləbəbə qazanan “Qarabağ” 8 oyunda heç-heçə edib. 27 qol vuran komanda qapısında cəmi 10 top görüb.
Bu seriyada ən çox oyun “Xəzər Lənkəran”la olub. 5 mövsümün 4-də (!) yolları cənub klubuyla kəsişib. “Qarabağ” səfərdəki 3 oyundan 2-ni qazanıb, 1-də də isə heç-heçə edib. Sonuncu oyunda isə ağdamlılar ilk dəfə “ağ-yaşıl”ları doğma meydanda qəbul etdi və Vüqar Nadirovun qolu möhtəşəm seriyanı davam etdirdi.
10 görüş evdə, 11 görüş səfərdə oynayan “Qarabağ” doğma divarlar arasında 7, rəqib meydanında isə 6 dəfə qələbəyə sevinib.
...Görünən odur ki, “Qarabağ”ın fiziki hazırlığı tədricən artan xətlə inkişaf edir və dekabrda pik həddinə çatır və... “Qarabağ” qarşısıalınmaz olur...
“Qarabağ”ın seriyasındakı bütün oyunlar:
2008
Qarabağ - Neftçi 1:1 09.11.2008
İnter – Qarabağ 1:1 15.11.2008
Xəzər Lənkəran” - Qarabağ 1:3 23.11.2008
Qarabağ – Karvan 3:2 29.11.2008
2009
Qəbələ - Qarabağ 1:1 06.12.2009
Qarabağ - Muğan 2:1 10.12.2009
Standard – Qarabağ 0:1 13.12.2009
Qarabağ - Simurq 0:0 19.12.2009
Qarabağ - Bakı 0:0 24.12.2009
2010
Qarabağ - İnter 1:0 04.12.2010
Simurq - Qarabağ 0:1 11.12.2010
Qarabağ - Muğan 2:0 18.12.2010
Xəzər Lənkəran – Qarabağ 1:2 23.12.2010
2011
Turan - Qarabağ 0:1 04.12.2011
Xəzər Lənkəran - Qarabağ 0:0 09.12.2011
Qarabağ - Rəvan 2:0 16.12.2011
Qəbələ - Qarabağ 0:0 21.12.2011
2012
Neftçi - Qarabağ 0:1 02.12.2012
Qarabağ - Kəpəz 3:1 07.12.2012
Bakı - Qarabağ 0:0 15.12.2012
Qarabağ - Xəzər Lənkəran 1:0 20.12.2012

0
0