Vüqar Nadirov: 16-17 yaşından beləyəm
21.12.2012 - 18:29
Vüqar Nadirov: 16-17 yaşından beləyəm
“Avstriyaya qolu vuranda top yerlə getmişdi. Bu dəfə isə topu havada ikən vurdum. Top ayağıma oturanda bilirdim ki, qol olmasa belə, “çərçivə”yə düşəcəm”. Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.

Son turda “Xəzər Lənkəran”ın qapısına yol tapmaqla komandasına 3 xalı qazandıran Vüqarı artıq çoxları “Qarabağ”ın “açar oyunçusu” adlandırır. Milli komandanın futbolçusu meydana sonradan daxil olduğu oyunlarda özünü daha yaxşı tərəfdən göstərir.

Ancaq Nadirov 90 dəqiqə oynadılmamasını fiziki hazırlığının az olması ilə bağlayanlarla heç cür razılaşmır: “Açar oyunçu” söhbətinə gəlincə, mən uşaqlıqdan - 16-17 yaşlarından beləyəm. Həmişə oyuna sonradan daxil olanda şansımı dəyərləndirmişəm. Meydana sonradan daxil olmağımın fiziki cəhətdən çatdırmamağımla heç bir əlaqəsi yoxdur. Bizdə kollektiv oyundur”.

Səbuhi TOFİQOĞLU