“Mən də haqqımı məhkəmədə axtaracağam”
21.12.2012 - 20:37
“Qalatasaray” - "Fənərbaxça" derbisində (2:1) “sarı-bülbüllər”in 12 oyunluq cəzalandırılmış portuqaliyalı futbolçusu Raul Meyreleş bununla bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi baş hakim Halis Özkahyanın onun haqda iddialarının doğru olmadığını bildirib:
"Qarşılaşmanın baş hakiminin raportunda qeyd etdikləri ağıla sığmazdır. Guya, mən hakimə tüpürmüşəm və ona "mavi" işarəsi göstərmişəm. Lakin bunlar tamamilə doğru deyil. Mən həmin zaman hakimlə portuqal deyil, ingilis dilində danışmışdım. Türkiyədə hər kəs videogörüntülər sonrasında mənim haqlı olduğumu gördülər. Burada əsas olan düzgünlükdür. Əgər məni etmədiyim hərəkətlərdə günahlandırsalar, mən də haqqımı məhkəmədə axtaracağam".
Qeyd edək ki, Raul Meyreleşə “Türk Telekom Arena”da keçirilən "Qalatasaray"la oyunda (1:2) ikinci sarı və ardından qırmızı vərəqə aldığı üçün bir, meydandan çıxarkən hakimə tüpürdüyü üçün isə 11 oyunluq cəza verilib.

0
0