“Malaqa” avrokuboklardan kənarlaşdırıldı
21.12.2012 - 20:58
“Malaqa” avrokuboklardan kənarlaşdırıldı
UEFA Çempionlar Liqasında mübarizə aparan “Malaqa” klubunu növbəti mövsümdə avrokuboklara buraxmayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb İspaniya təmsilçisinin maliyyə öhdəliklərini yerinə yetirməməyidir.

Lakin sözügedən komanda cari mövsüm Çempionlar Liqasında yoluna davam edəcək. Əgər ispanlar mövsümün sonunda yenidən avrokuboklara vəsiqə qazanarlarsa, onda bu qəbul edilməyəcək.

UEFA-nın Maliyyə Nəzarət Təşkilatı, “Malaqa”dan futbolçularına və digər komandalara olan müddəti keçmiş borclarını ödəyəcəyinə dair 31 mart 2013-cü il tarixinə qədər zəmanət istəyib. Əgər “Malaqa” bu vaxt ərzində borclarını ödəyə bilməsə, UEFA onları yenidən cəzalandıracaq.

Qeyd edək ki, “Malaqa” bu mövsüm Çempionlar Liqasının qrup mərhələsindən növbəti mərhələyə qrup lider kimi adlayıb. 1/8 finalda isə İspaniya klubu “Portu” ilə qarşılaşacaq.