UEFA “Neftçi”nin rəqibini cəzalandırdı
21.12.2012 - 21:58
UEFA 5 klubu avrokuboklardan 3 il müddətinə uzaqlaşdıra bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin komandaların futbolçularına və digər klublara olan borclarını vaxtında ödəyə bilməməyidir.
Bunlar Xorvatiyanın “Hayduk” və “Osiyek”, Rumıniyanın “Rapid” və “Dinamo”, eləcə də Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olmuş Serbiyanın “Partizan” klublarıdır.
Adıçəkilən bu komandalar 2013-cü ilin martın 13-dək borclarını ödəməsə, qitə futbol qurumu onları 3 il beynəlxalq yarışlardan məhrum edəcək.
UEFA “Hayduk”a 80 min, “Osiyek”, “Rapid”, “Dinamo”, “Partizan”a 100 min və Serbiyanın digər komandası “Voyvodina”ya isə 10 min avro pul cəzası verib.
Qeyd edək ki, UEFA İspaniya “Malaqa”sını gələn il mövsümü üçün avrokuboklardan məhrum edib.

0
0