Ufuk Budakın komandası namizəd oldu
21.12.2012 - 22:50
FİFA 2012-ci ilin Fair Play mükafatının namizədlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bura 2 ölkə federasiyasının və 1 klubun adı daxil edilib.
Bunlar Qvatemala ilə Özbəkistan Futbol Federasiyası və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ufuk Budakın forma geyindiyi “Əskişəhərspor”dur.
Türkiyə klubu buna Avropa Liqasının ikinci turu çərçivəsində Şotlandiya təmsilçisi “Sent-Conston”la qarşılaşmada layiq görülüb. Həmin oyunda qonaq komandanın futbolçusu zədələnərək meydana yıxılır. Künc zərbəsini yerinə yetirmək istəyən “Əskişəhərspor”un oyunçusu Dede, bunu görərək topu bilərəkdən çölə atır. Elə bu hərəkət də FİFA tərəfindən qiymətləndirib.

0
0