“Kəpəz”in futbolçuları "Məşədi" olacaq
22.12.2012 - 00:04
“Kəpəz”in futbolçuları "Məşədi" olacaq
Qış fasiləsinə çıxan "Kəpəz"in dindar futbolçularından bəziləri İranda dini ziyarətgahlara səfər edəcəklər. Apasport.az-ın məlumatına görə, bu barədə klubun saytına komandanın qapıçısı Xəyal Zeynalov açıqlama verib.

Onun sözlərinə görə, özü ilə yanaşı komanda yoldaşlarından Şahin Kərimov, Atin Abdullayev və Vüqar İbrahimov səfərə çıxacaq:

"Bu gün gecə saatlarında avtobusla yola çıxırıq. Səfərimiz 9 gün davam edəcək. Qum və Məşhəd şəhərində olacağıq. Məşhəddə İmam Rza (ə) türbəsini ziyarət edəcəyik. Xalqımız, dövlətimiz, futbolumuz və komandamız üçün duallar edəcəyik".