Özkaranın komandasının səfər sınağı
22.12.2012 - 01:08
Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Ərciyəsspor” bu gün səfərdə növbəti matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası Türkiyə PTT Birinci Liqanın 17-ci turu çərçivəsində “Şanlıurfaspor”la üz-üzə gələcək.
Ötən tur evində “Manisaspor”la (2:3) qarşılaşmada ilk “18-lik”ə belə düşə bilməyən Özkaranın, bu matçda hansı aqibəti yaşayacağı maraqla gözlənilir.
Qeyd edək ki, “Ərciyəsspor” 30 xalla turnir cədvəlinin vahid lideridir.
Türkiyə PTT birinci liqası
17-ci tur
22 dekabr
18:00. “Şanlıurfaspor” – “Ərciyəsspor”
0
0