Müdafiəçimizin “Bucaspor” səfəri
22.12.2012 - 01:24
Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikovun çıxış etdiyi “Dənizlispor” bu gün səfərdə növbəti matçına çıxır. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası Türkiyə PTT Birinci Liqanın 17-ci turu çərçivəsində “Bucaspor”la münasibətlərinə aydınlıq gətirəcək.
Son turlar baş məşqçi Səlahattin Dərvəntin rəğbətini qazanan Rail meydana start heyətdə çıxır. Həmçinin təmsilçimiz 90 dəqiqə digər futbolçu ilə əvəz olunmadan komandasının qələbə qazanmasına kömək edir.Bu görüşdə də Məlikovun forma geyməsi istisna deyil.
Qeyd edək ki, “Dənizlispor” 21 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
17-cı tur
22 dekabr
20:00. “Bucaspor” – “Dənizlispor”

0
0