“Qara-qartallar” bu dəfə 3 xala sevindi
22.12.2012 - 01:55
“Qara-qartallar” bu dəfə 3 xala sevindi
Türkiyə Superliqasında 17-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış günündə iki qarşılaşma baş tutub.

”Orduspor” səfərdə çempionatın autsayderi “Akhisar BS”un qonağı olub. Bu matçda tərəflərin ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb – 0:0.

“Beşiktaş” doğma publika önündə “Kayserispor”la üz-üzə gəlib. Görüşdə azarkeşlər 4 qola şahidlik edib. Bunlardan üçünü “qara-qartallar”, birini isə qonaqlar vurub.

Beləliklə, “Beşiktaş” rəqibini 3:1 hesabı ilə məğlub edərək xalını 30-a yüksəldib.


Qeyd edək ki, Türkiyə Superliqasının 17-ci turunun digər görüşləri bu gün və sabah keçiriləcək.


Türkiyə Superliqası

17-ci tur

21 dekabr

“Beşiktaş” – “Kayserispor” 3:1
Holosko, 42, Sivok, 45, Şahan, 50 - Mouç

“Akhisar BS” - ”Orduspor” 0:0

22 dekabr

“Kasımpaşa” – “İstanbul” BB
“Fənərbaxça” – “Karabükspor”

23 dekabr
“Sivasspor” – “Elazığspor”
“Qaziantepspor” – “Mersin İdmanyurdu”
“Bursaspor” – “Gənçlərbirliyi”
“Antalyaspor” - “Əskişəhərspor”
“Trabzonspor” - “Qalatasaray”