“Yuventus” 3 xalı 3 qolla əldə etdi
22.12.2012 - 03:27
“Yuventus” 3 xalı 3 qolla əldə etdi
İtaliya A seriyasında 18-ci turu oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Peskara” öz meydanında “Katanya”nı qəbul edib. İlk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər, fasiləyə bərabərliklə yollanıb. İkinci yarıda hücumlarının kəsərini bir qədər artıran ev sahibləri matçın son dəqiqələrində istəklərinə nail olub – 2:1.

Lider “Yuventus” isə səfərdə “Kalyari” ilə qarşılaşıb. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Turin təmsilçisi, ikinci hissədə meydan sahiblərini 3 dəfə mərkəzdən başlamağa məcbur edib – 1:3.

Beləliklə, “Kalyari” üzərində əzimkar qələbə qazanan “Qoca Sinyora” xalını 44-ə yüksəldib.

Qeyd edək ki, İtaliya A seriyasının 18-ci turuna bu gün keçirilən 8 oyunla yekun vurulacaq.


İtaliya A Seriyası

18-ci tur

21 dekabr

“Peskara” – “Katanya” – 2:1
M.Çelik, 23, Toqni, 90 – Barrientos, 36

“Kalyari” – “Yuventus” – 1:3
Pinilya, 16-pen – Matri, 75; 90, Vuçiniç, 90+4

22 dekabr

“İnter” – “Cenoa”
“Atalanta” – “Udineze”
“Bolonya” – “Parma”
“Palermo” – “Fiorentina”
“Sampdoriya” – “Latsio”
“Syena” – “Napoli”
“Torino2 – “Kyevo”
“Roma” – “Milan”