PSJ-dən darmadağınlı qələbə
22.12.2012 - 03:51
PSJ-dən darmadağınlı qələbə
Fransa çempionatında 19-cu turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə yalnız bir qarşılaşma baş tutub.

PSJ səfərdə “Brest”in qonağı olub. İlk hissədə meydan sahiblərinin müqavimətini qıra bilməyən Paris klubu, ikinci yarıda “Brest”in qapısından 3 cavabsız top keçirməyi bacarıb.

Beləliklə, “Brest”i 0:3 hesabı ilə üstələyən PSJ xalını 38-ə çıxararaq, turnir cədvəlin birinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Fransa çempionatının 19-cu turunun digər oyunları bu gün və sabah keçiriləcək.

Fransa çempionatı

19-cu tur

21 dekabr

“Brest – PSJ – 0:3
İbrahimoviç, 55, Qameyro, 73, Mendi, 90-öz qapısına.

22 dekabr

“Lill” – “Monpelye”
“Ayaçço” – “Renn”
“Bastiya” – “Nansi”
“Bordo” – “Troyes”
“Loryan” – “Reyms”
“Lion” – “Nitsa”

23 dekabr

"Valensyen" – “Evyan”
“Tuluza” – “Soşo”
“Marsel” – “Sent-Etyen”