“Barselona” Adriano ilə Sonqu da itirdi
22.12.2012 - 05:35
“Barselona” Adriano ilə Sonqu da itirdi
“Barselona” daha iki itki üzləşib. Apasport.az saytının məlumatına görə, bir neçə gün bundan öncə baş məşqçi Tito Vilyanovanın xərçəng xəstəliyinə tutulmasından sonra komandanın heyətində daha iki futbolçu da sıradan çıxıb.

Belə ki, İspaniya La Liqasının 17-ci turunda “Valyadolid”lə qarşılaşmada Adriano ilə Sonq komandasına zədəli olduğu üçün kömək edə bilməyəcək.

Hər iki futbolçunun zədələri yüngül olsa da, Adrianonun belində, Sonqun isə sol dizində ağrılar var.

Qeyd edək ki, “Barselona” 46 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya klubundan 6 xal az olan “Atletiko”, ikinci sırada qərarlaşıb. “Real” isə 33 xalla üçüncüdür.