Skoulz gələn il futbolla vidalaşır
22.12.2012 - 05:55
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Skoulz karyerasını bitirəcəyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən “qırmızı şeytanlar”ın formasını geyinən 38 yaşlı ingilis oyunçu, 2013-cü ilin yayında futbolla vidalaşacağını bildirib.
Qeyd edək ki, Skoulz 2011-ci ilin mayında futbolçu karyerasını başa vurduğunu bəyan etmişdir. Həmçinin avqustun 5-də onun şərəfinə vida matçı da keçirilmişdi. Amma yarımmüdafiəçi, 2012-ci ilin yanvarında “Mançester Yunayted”in heyətində ciddi problemlər olduğunu əsas gətirərək, yenidən futbola qayıtmaq qərarına gəlmişdi. Pol bu illər ərzində “Mançester Yunayted”in heyətində 466 oyunda meydana çıxıb
və rəqib qapılarına 102 qol vurub.

0
0