Ronaldonun mançesterlilərə qarşı sevgisi
22.12.2012 - 06:56
Ronaldonun mançesterlilərə qarşı sevgisi
"Mən “Real” - “Mançester Yunayted” qarşılaşmasında sabiq komandama qol vursam, qolu bayram etməyəcəyəm. İndi Aleks Ferqyusonla tez-tez əlaqə saxlayıb, onunla söhbətləşirəm. Şotlandiyalı çalışdırıcı üçün çox darıxıram. Mən “Mançester Yunayted”də özümü çox rahat hiss edirdim. İngilis klubunda 6 il oynamışam və hazırda komanda yoldaşlarımla da, gözəl münasibətlərim var. “Qırmızı şeytanlar”ın sayəsində indi Madrid “Real”ında futboldan həzz alıram. “Mançester Yunayted” olmasaydı, mən indiki səviyyəyə çata bilməzdim". Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo deyib.

O, sabiq klubunu hələ də sevdiyini və orada birgə çıxış etdiyi komanda yoldaşlarını unutmadığını bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə transfer olunub. 2009-cu ildə isə o, ingilis klubunu ispan komandasına dəyişib. Ronaldo Mançester təmsilçisinin heyətində 196 matçda meydana çıxıb və rəqib qapılarından 84 top keçirib.