Sabiq “Cim-Bom”lu komandasından qovuldu
22.12.2012 - 07:43
“Qalatasaray”ın sabiq futbolçusu Felipe Loureyro “Vasko de Qama” ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı oyunçu mətbuat qarşısına çıxaraq borclarının ödənilmədiyini bildirib. Onun bu hərəkətinə isə komandanın rəhbərliyi əsəbiləşərək, Felipe ilə müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edib.
Məsələ ilə bağlı “Vasko de Qama”nın idman direktoru Rene Simyones açıqlama verib. O, Pelipenin bu hərəkətinin doğru etmədiyini vurğulayıb:
“Pelipe ilə söhbət etmədim. Biz rəhbərliklə fikirləşib, bu qərarı verdik. Çünki komanda üçün çalışan bir futbolçunun belə danışmasını, qəbul edə bilməzdik. Maliyə vəziyyətimiz yaxşıya doğru gedir. Amma bir müddət gözləmək lazım gələcək”.
Qeyd edək ki, Felipe 2002-2003 mövsümündə “Qalatasaray”a transfer edilmişdir. Həmin vaxt onu, Hacinin davamçısı kimi göstərirdilər. Lakin o, baş məşqçi Fatih Tərim tərəfindən bəyənilməyib və geri göndərilmişdir. Braziliyaya qayıtdıqdan sonra isə yarımmüdafiəçi, “Flamenqo” ilə müqavilə bağlamışdır.

0
0