Lomaya üçün BATE-dən nümunə
22.12.2012 - 10:36
Lomaya üçün BATE-dən nümunə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun “quru seriya”ya malik qapıçıların növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahının qısa fasilədən sonra yenidən açıqlanması 1 qapıçının 660 dəqiqə səddini keçməsi ilə bağlıdır. Bununla da siyahıdakı futbolçuların sayı 681-ə çatıb.

Belarus çempionatında 709 dəqiqə qol buraxmayan Andrey Qorbunov siyahıya daxil olub. BATE-nin qapıçısı 355-ci pilləyə sahib çıxıb. Bu da 2 azərbaycanlı qapıçı – Rauf Mehdiyevlə Camaləddin Əliyevin geriləməsinə səbəb olub.

Hazırda Topaz Premyer Liqasında İFFHS-in siyahısına düşməyə namizəd seriya davam edir. Bu. “İnter”in qapıçısı Georgi Lomayanın seriyasıdır. Artıq 535 dəqiqədir qol buraxmayan gürcüstanlını siyahıdan 125 dəqiqə ayırır. Bu gün “Bakı”, dekabrın 25-də “Neftçi” ilə oyunlarda buna nail olacağı halda Lomaya yeni ili İFFHS-in siyahısında qarşılayacaq.

Qeyd edək ki, ilk “onluq” da dəyişiklik olmayan siyahıda Azərbaycan Premyer Liqasında qeydə alınan 16 göstərici var.

İFFHS-in siyahısında ilk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Navaf Xali-Əl-Xalidi (“Əl-Qüdsiyə”, Küveyt) - 1453
3. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
4. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
5. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
6. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
7. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
8. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
9. Samir Səid (“Əl-Ərəbi”) - 1283
10. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

27. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
60. Xalidu Sissoko (“Bakı”) – 985
63. Xalidu Sissoko (“Bakı”) – 971
66. Camaləddin Əliyev (“Qarabağ”) – 958
71. Pavel Doroşev (“Qəbələ”) – 952
76. Elxan Həsənov (“Neftçi”) – 943
141. Boyan Pavloviç (“Qarabağ”) – 828
172. Dmitri Kramarenko (“Karvan”) – 798
209. Dmitri Kramarenko (“Neftçi”) – 772
254. Rauf Mehdiyev (“Olimpik”) – 746
257. Elşən Poladov (“Bakı”) – 744
261. Nadir Şükürov (“Dinamo”) – 741
277. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735
308. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
369. Camaləddin Əliyev (“Qarabağ”) – 700
427. Rauf Mehdiyev (“Olimpik”) – 676