Yığmamızın oyunçusu Rusiyada qaçmaqdan imtina edib
22.12.2012 - 12:18
Rusiya mətbuatı futzal üzrə Azərbaycan milli komandasının üzvü Serjaonun bu ölkədə çıxış etdiyi dövrü yada salıb. Apasport.az saytının məlumatına görə, buna səbəb onun vaxtilə şərəfini qoruduğu “Spartak” Mini Futbol Klubunun fəaliyyətini dayandırmasının 4 illiyi olub. Artıq mövcud olmayan komanda haqda xatirələrini qələmə alan rusiyalı həmkarlarımız Serjaonu da unutmayıblar.
Lakin yığmamızın milliləşən braziliyalısı yaddaşlarda heç də müsbət iz buraxmayıb: “Sütun” olan braziliyalı Serjaonun artıq çəki ilə bağlı problemi var idi. Genetikadır da, düzəltmək olmur ki. Baş məşqçi Yevgeni Lovçeb və həkim Səid Almyaşev ondan tələb edirdilər ki, çəkisini 108 kq-da saxlasın. Amma məzuniyyətdən qayıdanda Serjao toppuş idi – 120-122 kq. Onu yeməkdən məhrum edib uzaq məsafəyə qaçırtmağa qərar verdilər. O da hamı ilə birlikdə Oqnikovo kəndinin yollarında 10 km qaçmalı idi. Bir də gördülər ki, Serjao qaçanlar arasında yoxdur. Məlum oldu ki, ilk kilometrdə qaçmağa son verən braziliyalı kolluqda uzanıb və dodağının altından “daha qaçmayacağam” deyir. Lakin Serjaoya afərin. 33 yaşı var həm klub, həm də yığmada çıxışını davam etdirir. Ona Azərbaycan vətən olub”.
Rusiyalıların yazdığına əsasən Serjao klubda sözünü deməsi ilə də seçilib: “Oyunların birində Lovçev də Serjaonun kölgəsində qaldı. Tribunalar “Serjao, Serjao” səsləndirirdi. Soyunub-geyinmə otağına gələn kimi braziliyalı baş məşqçiyə yaxınlaşıb dedi ki, “sən eşitdin? Elə bilirsən, sənsən ulduz? Yox. Ulduz mənəm”. Braziliyalılar “siz” ifadəsi ilə müraciət etməyi bacarmırdılar, məşqçi də bunu onlara bağışlayırdı”.

0
0