Nizami Hacıyev üçün Cənubi Amerika serialı
22.12.2012 - 17:11
Nizami Hacıyev üçün Cənubi Amerika serialı
Azərbaycan milli komandasının və Bakının “İnter” klubunun futbolçusu Nizami Hacıyevin Polşanın “Poqon” klubuna keçməsi ilə bağlı məsələ bu ölkədə də maraqla izlənilir. Apasport.az saytının məlumatına görə, mümkün transfer ətrafında neçə vaxtdır yayılan müxtəlif səpkili xəbərlər polşalı həmkarlarımızı bezdirib. Bu ölkənin mətbuatı məsələyə yanaşmada da bunu gizlətmir: “Nizami Hacıyevin “Poqon”a keçidi artıq məşhur Cənubi Amerikada dəbdə olan sabun operalarına bənzəyir. Həmin seriallar kimi uzanır-uzanır, amma bitmir”.